Tahir Kərimli feminstləri tənqid etdi

Deputat Tahir Kərimli feminstləri tənqid edib.
Anews.az xəbər verir ki, o bu barədə Mİlli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
"İstanbul Konvensiyasının qəbulu yolverilməzdir. Azərbaycanda feminstlər də bu konvensiyanı təbliğ etmək istəyirlər. Bu da ailə dəyərlərinin dağılması deməkdir. Maraqlıdır feminstlər İndoneziyanı misal gətirmirlər,orada ana soyadı əsas götürülür, qadına daha çox dəyər verilir. Azərbaycandakı feminstlər Qərb dəyərlərinə təbliğ etməyə çalışırlar" -deyə o bildirib.
İstanbul konvensiyası Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” adlı konvensiya 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib, Rusiya və Azərbaycan konvensiyaya qoşulmayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























