Bir erməni üçün Azərbaycan bayrağını görmək zülmündən betər heç nə ola bilməz

Üfüqdə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Ora sərhəddir, yanbayan düzülmüş 4 əsgər çadırı, onların isə qarşısında gözləmə rejimində dayanmış URAL, yaxınlıqdakı digər şeylər açıq- aşkar buranın hərbi hissə olmasından xəbər verir.
Uçurumun yanından keçən təzə çəkilmiş asfalt yolla irəliləyən avtomobilin qənşərində blok-post görünür.
Güney Qafqazda son 300 ildir ki, qanad çalan "Qartal"ın göy, ağ və qırmızı triadasından yaranan simvolu ilk baxışdan buranın Rusiyanın hansısa sərhəd kədlərindən birisi olması təəssüratını doğurur.
Amma yox, bura bir müddət əvvəl Azərbaycan əsgərinin nəzarəti alıtna keçən Qafan - Gorus yolunun Ermənistan tərəfdən gələn hissəsidir. Az sonra maşın yeni quraşdırılmış ağ lövhəyə yaxınlaşır.
Üzərində Azərbaycanın xəritəsi həkk edilən lövhə təkcə bu torpaqların sahibinin kim olduğunu təsdiq etmir, 30 ildən artıq bir müddətdə separatçıların bədəndən kəsib götürdüyü ürəyə bənzəyən Qarabağa əbədi qovuşmanın da ifadəsi kimi təzahür edir.
Hündür qayaların başqa bir əzəməti var və ən ucada Azərbaycan bayrağı, ondan nisbətən kiçik qaya parçalarının başında isə müvafiq olaraq rus və erməni bayraqları dalğalanır....
Şurnux kənd icması soyuq havada təndir qurdurub, çoxillik şərablar süfrəyə düzülüb, samovarlar pıqqıldayır, sac üzərinə salınmış fətir, fəsəli və xəmirdən hazırlanan başqa -başqa təamlar, ağ çadırlarda əyləşən qocalar, gənclər, qadınlar, qaçdı-tutdu oynayan uşaqlar, ovurdlarını şişirdib, qara zurnanın naləsini göyə bülənd edən zurnaçı, yağlı əllərini dəfin pərdəsinə tənbəl-tənbəl yapışdıran şişman nağaraçı.
İlk baxışdan kimsə səsini çıxarmasa, bütün elementləri ilə, adət və ənənələri ilə, heç nə olmasa mətbəxi ilə buranı Azərbaycanın qərb rayonlarından biri hesab etmək olar, amma az sonra kənd icmasının ağsaqqalları danışmağa başlayır.
Cəmi iki və ya üç söz başa düşülür: "Aderbayqan" və ya "Azərbaycan".
Üstünün cındırı tökülən, üz--başı saç - saqqallı kəndililərin gözlərindəki dərin iztirab, onların könlü xoş olsun deyə bu gün quraşdırılan teatr səhnəsi üz güldürməyə bəs etmir.
Şurnuxda qar əriyir, az-maz halda quzey yamaclarda qalıb, yolboyunca ağaclar yaz havasında hazırlaşırmış kimi puçurlamağa can atır.
Amma Qışın bitməsi, Yazın gəlişi, bahar burda yaşayan ermənilər üçün yeni faciələrin qaranquşu olmağa hazırlaşır.
Şurnux camaatı iki yolla həyatda qala bilir: Ya heyvandarlıq, ya da əkinçilik.
Üstəgəl, Günəş Şərqdən doğduğu anlarda, sübh üfüqdə bayrağımızın rənglərini daha çox parlaq edir.
Əziz Əlibəyli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























