• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov səfirlərlə görüşdü - FOTO

Ceyhun Bayramov səfirlərlə görüşdü - FOTO
18.03.2021 23:19
Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Anews.az-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb. Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub. Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacib olduğu bildirilib.

İƏT-in hər zaman Azərbaycanın haqq mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın sonuncu Nazirlər Şurasının iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması prosesində, habelə bu ərazilərdəki tarixi, mədəni, dini irsin bərpasında iştirak etmək istəyini ifadə edən ölkələrə təşəkkür ifadə edilib.

Daha sonra görüş sual-cavab formatında davam etdirilib. İƏT-in Azərbaycandakı diplomatik nümayəndəlikləri adından ölkəmizdəki diplomatik korpusun duayeni qismində Fələstin səfiri Nasir Əbdül Kərim çıxış edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və orada törədilən dağıntıların miqyası ilə tanış olmaq imkanlarının olduğunu qeyd edib. Bu ərazilərin yenidən tikilməsi və bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönməsinin əhəmiyyətini vurğulayıb. İƏT-in bölgədə dayanıqlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması ilə bağlı mövqeyini bir daha vurğulayıb. Nazir Ceyhun Bayramov səfirlərinin çoxsaylı suallarını cavablandırıb.
İƏT üzv ölkələrinin səfirləri gələcəkdə bu formatda görüşlərin davam etdirilməsi istəyini ifadə ediblər

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol