• $
  • €
  • ₽
  • ₺
  • £

Sabir Rüstəmxanlı İran səfirinin üzr istəməsini tələb etdi

Sabir Rüstəmxanlı İran səfirinin üzr istəməsini tələb etdi
03.06.2014 17:41
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin Təbrizdə jurnalistlərə verdiyi açıqlama ilə bağlı bəyanatla çıxış edib.DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, M. Pak Ayin açıqlamasında Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi təhriflərə yol verildiyini, onların aradan qaldırılması üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını bildirib. Eyni zamanda səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə qarışıb. O, Quzey və Güney Azərbaycanda milli birlik istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən qızışdırıldığını və bunun xarici təşkilatların marağına xidmət etdiyini vurğulayıb. S. Rüstəmxanlı bəyan edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir, daxili və xarici siyasət kursunu özü müəyyənləşdirir. Azərbaycanın daxili işlərinə qarışmaq, ölkədə gedən ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir: “Möhsün Pak ayin bir xalqın birləşmək arzusunu və bu yolda aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi qələmə verib. Halbuki səfir özü də yaxşı bilir ki, millətin birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin reallaşmasıdır. Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılıb. Səttar xan hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında gerçəkləşən “21 azər nehzəti” buna parlaq misal ola bilər. Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah rejimi 30 min azərbaycanlını edam edib. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmayıb. 2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər. Təəssüf ki, İranın Azərbaycandakı səfiri millətin müstəqillik arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu kiçiltməyə, dəyərsizləşdirməyə çalışıb. Bu, həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və bu dövlətlərin xalqları arasında qarşılıqlı inam və etimada kölgə salmaqdır. Dünya Azərbaycanlıları Konqresi olaraq tələb edirik ki, İranın Azərbaycandakı səfiri açıqlamalarında yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan xalqından üzr istəsin”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol