Prezident sabah Türkiyəyə gedəcək

Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək.ANS PRESS-in məlumatına görə, Muğla vilayətinin Bodrum bölgəsində 4-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.Türkiyə prezidenti Abdullah Gülün rəhbərliyi ilə keçiriləcək olan zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir. Zirvə görüşündə sözügedən ölkələrin xarici işlər və mədəniyyət nazirləri də iştirak edəcək.Prezidentlər və nazirlərin görüşündən zonra zirvə toplantısı başa çatacaq.Zirvə görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi barəsində məlumat verilibANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























