• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Naxçıvana kimyəvi hücum hazırlayır - ŞOK

Ermənistan Naxçıvana kimyəvi hücum hazırlayır - ŞOK
28.05.2020 21:33
Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin aktivləşdiyi bir şəraitdə, beynəlxalq vasitəçilərin növbəti dəfə Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasının vacibliyini bəyan etdiyi bir məqamda Ermənistan rəhbərliyinin əsəbləri yenidən sıradan çıxır. Status-kvonun qorunmasında maraqlı olan Yerevan anlayır ki, rezini daha da dartmaq alınmayacaq - güc balansı Ermənistanın tərəfində deyil. Belə bir situasiyada hadisələrin inkişafının ən fərqli variantları, o cümlədən Azərbaycana qarşı asimmetrik hərəkətlər Ermənistan hakimiyyətinin kuluarlarında müzakirə olunur. Görünür, Azərbaycana qarşı bu asimmetrik cavab zəhərli kimyəvi maddələrin tətbiqi ola bilər. Məlumatlı mənbələrdən əldə edilən xəbərlərə əsasən, son aylar Ermənistan silahlı qüvvələri kimyəvi silah ehtiyatı toplayır. Burada söhbət artıq Ermənistanın bir dəfə Azərbaycana qarşı tətbiq etmə təcrübəsi olan sianiddən gedir. 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən zəhərli kimyəvi başlığı olan mərmi və güllələrin istifadə edilməsini təsdiq edən sənədli materiallar var. Burada söhbə iprit, fosgen, difosgen və sianid kimi maddələrdən gedir. 20 il sonra danışıqlar prosesində gözəştə getmək istəməyən Ermənistan rəhbərliyi, Azərbaycana qarşı kimyəvi silah tətbiqinin "uğurlu" təcrübəsini yada salır və bu istiqamətdə fəaliyyət həyata keçirir. Day.Az saytına istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sianid ehtiyatı toplaması barədə bu günlərdə Ermənistanda olan Rusiya qızılçıxarma şirkətlərindən birinin əməkdaşı məlumat verib. Adının açıqlanmamasını xahiş edən mənbənin sözlərinə görə, Ararat qızıl emalı fabriki nədənsə sianid qalıqları olan çəlləkləri ölkənin qeyd olunan zonalarındakı hərbi hissələrə verir. Məsələ burasındadır ki, Ermənistanın əsasən xarici investorlara məxsus olan qızılçıxarma sənayesində sianid maddəsi çox geniş istifadə olunur. Mənbənin fikrinə görə, görünən odur ki, hansısa xüsusi hərbi məqsədlər üçün sianid ehtiyatı toplamaq lazımdır. Ararat vilayəti Türkiyə, Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ilə sərhəddə yerləşir. Ermənistanın Türkiyə ilə sərhədini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyur. Erməni hərbçiləri isə Azərbaycan ilə sərhəddə yerləşiblər. Həmin ərazidən Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən Arpaçay keçir. Burada Ermənistan silahlı qüvvələrinin kimyəvi hücum hədəfi ola biləcək çoxsaylı yaşayış məntəqələri yerləşir. Xarici şirkətlər Ermənistandan olan biznes tərəfdaşlarının hərəkətlərindən narahatlıq keçirirlər. Axı Ermənistan hərbçilərinin Naxçıvana sianidlə bağlı yönəlmiş hər hansı manipulyasiyaları, qızıl çıxaranların özlərinin reputasiyasına mənfi təsir edə bilər ki, bu da öz növbəsində Azərbaycanla problemlər yarada bilər. Sözsüz ki, Ermənistanda sianid olmasını qızıl çıxaran şirkətlərin maraqları ilə əsaslandırmaq olar. Ancaq Azərbaycanla sərhədə yaxın hərbi hissələrdə sianid ehtiyatları toplamaq tamam fərqli bir şeydir. Ümid etmək istərdik ki, beynəlxalq ictimaiyyət bu fakta diqqət yetirəcək və Ermənistanın kimyəvi hazırlığını dayandıracaq. Çünki bu hazırlıq region üçün ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol