Türkiyədə Ramazanda karantin yenidən sərtləşdirilir

Türkiyədə karantin rejimi ilə bağlı yeni qərarlar qəbul olunub.
Anews.az xəbər verir ki, qərarları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra dilə gətirib.
"Əlimizdəki məlumatlar fonunda yeni qərarlar aldıq.
Bütün Türkiyədə küçəyə çıxma məhdudiyyəti 21:00-dan 05:00-dək davam edəcək.
Qırmızı zona elan olunmuş bölgələrdə həftəsonu küçəyə çıxmaq qadağası tətbiq olunacaq.
Yeməkxana və kafelər bütün Türkiyədə 50 faiz həcmində və müəyyənləşdirilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
Ölkə üzrə imsaq və iftar təşkil edilməyəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























