Moskva - Tehran- Pekin: Şərq Bloku Qərbə qarşı

Müasir dünyada dövlərin ayaqda qalması çox çətin görünür.
Dövləti 3 minilliyə söykənən İranla bağlı yaşananlar sözün əsl mənasında Şərqin ən dərin üzünün necə iflas etdiyini, qorxu mənbəyinə çevrildiyini və ayaqda qalmaq naminə varlığını uzaq Şərqin əjdahasına qurban verdiyini təəssüflə seyr etməkdən başqa əlimizdən heç nə gəlmədiyini etiraf etməli oluruq.
İran və Çin rəsmilərinin 25 illiyə imzaladığı "Bir Kəmər - Bir yol" layihəsinə qoşulması münasibətilə "rəsmi nikah" törənindən fotolar çox şey demədi bəlkə də.
Yaxın vaxltların siyasi ədəbiyyatında Çinin dünya siyasi ədəbiyyatına daxil etdiyi "Borc doplomatiyası" anlayışı sərhədlərimizə çatmaqla yanaşı, artıq yeni təhlükəni də bölgəyə daşımış oldu.
Bizim üçün yeni dünya nizamını müəyyən edən Qarabağ müharibəsindən sonra imperiyaların qovşağındakı yerimizi dəqiqliklə müəyyən edə bilmişdik ki, İran, Rusiya, Türkiyə, Şərq- Qərb platformaları qovuşağına bir də Çin faktoru əlavə edildi.
Bütün limanlar, aeroportlar, yollar, strateji obyektlər Çinin əlində yer almaqla qalmayacaq, illərin nüvə silahı, sanksiyalar, Qərblə toqquşmaların yeni fazası və bunu sürətləndirən Baydençilik, yeni avro-atlantik bloklaşma, sanki dünya müharibələrindən əvvəlki ittifaqlaşma dönəmini xatırladır.
Müqavilənin ana xətləri:
- Nüvə silahı məsələsinə dair fərqli baxışlar,
- İnsan haqlarına dəyişik baxışlar,
- İqtisadi əlaqələr,
- Hərbi əməkdaşlıq,- Sanksiyalara qarşı birlikdə mübarizə,
Çinin İrana kaital qoyuluşunun ilginc bir rəqəmə - 400 milyard dollara çatacağı qeyd edilir.
İndi isə İranla Çinin bağladığı müqavilənin iddia edilən gizli detallarına baxaq:
İngilis araşdırmaçı Simon Watkins bildirir ki, razılaşma hərbi, kəşfiyyat və neft sənayesini əhatə edir.
Əsas məqsəd: regionda geopotilik dəyişiklik yaratmaq.
Yəni, bu ikilunin tandemində daha bir qüvvə də var- Rusiya.
İranın Həmədan, Bəndər - Abbas, Çhabahar, ABADAN hərbi bazaları hər iki dövlətin qırıcı eskodronu tərəfdindən istifadəyə götürür.
İki ölkə xüsusilə də Bəsrə körfəzində NATO-nun ən müasir silahlarına qarşı xüsusi batareyalar yerləşdirəcək, Körfəz ölkələrinin silahlı gücləri zərərsizləşdirilir, Rusiyanın S-400-ləri ABŞ və İsrail hücum effektlərinin heçə endirir....
Nəticə: Tehran - Moskva - Pekin Birliyi ərəb ölkələrini, Şərqi, NATO güclərini zərərsizləşdirir, AVRASİYAda sahiblik ələ keçirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























