• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan çoxşaxəli böhran vəziyyətindədir” - Sarkisyandan etiraf

“Ermənistan çoxşaxəli böhran vəziyyətindədir” - Sarkisyandan etiraf
30.03.2021 23:18
"Rusiya ilə əlaqələrdə mövcud reallıqlara və qarşılıqlı maraqlara əsaslanan bir yol xəritəsi formalaşdırılmalıdır”.

Anews.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan "Avarot” qəzetinə açıqlamasında deyib.

"Ermənistan kiçik bir ölkədir, Rusiyanın dünyanın supergüclərindən biri olduğunu unutmamalıyıq. İkitərəfli əlaqələr mövcud reallıqlara söykənməlidir”, - A.Sarkisyan vurğulayıb.

Ermənistan prezidenti iki ölkənin əməkdaşlıq keçmişinə də toxunub:
"Əvvəlcə Rusiya imperatorluğu və daha sonra SSRİ olmaqla, təxminən 200 il bir ölkə içində yaşadıq. Ancaq ikitərəfli əlaqələr qurarkən duyğuları bir kənara qoymalı və əlaqələrin gündəmini praqmatik, tam əhatəli təhlil və dialoq köməyilə formalaşdırmalıyıq”.

O, ölkəsinin çoxşaxəli böhran vəziyyətində olduğunu dilə gətirib:
"Bunun səbəbi dövlət aparatının təsirsizliyi, müharibədən sonrakı vəziyyət və koronavirus pandemiyasıdır. Ölkə iqtisadiyyatı dərin böhrandan keçir. İqtisadi böhranın öhdəsindən gəlmək üçün dövlət aparatının, dövlətin təsirli bir şəkildə işləməyi zəruridir, ancaq bu gün bu edilmir.

Tək böhran bu deyil, çoxşaxəli böhran içindəyik. Bu, eyni zamanda, müharibədən sonrakı vəziyyət, minlərlə gəncin itirilməsi ilə əlaqəlidir”.

Onun sözlərinə görə, pandemiya səbəbindən ölkədə səhiyyə sistemi böhranı da yaranıb:

"Ermənistanda pandemiyanın ilk dalğası qədər təhlükəli olan ikinci dalğası yaşanır. Koronavirusdan ölənlərin sayı müharibə zamanı (Qarabağ müharibəsi) ölənlərlə, demək olar ki, eyni saydadır və bu rəqəm getdikcə artır. Buna görə çox diqqətli olmalıyıq”.

Sarkisyan sosial sahədəki böhranın Dağlıq Qarabağdan gələnlərlə birlikdə daha da dərinləşdiyini vurğulayıb:

"Eyni zamanda, əxlaqi və psixoloji bir böhran da var. Bu gün minlərlə insan necə bilet alacağını, Rusiyaya necə gedəcəyini və ya ABŞ vizasını necə alacağını düşünür. Ölkədən köç böhran vəziyyətinə çata bilər”.

Prezident əlavə edib ki, Ermənistanın içində olduğu çətin şərait səbəbindən investorların diqqətini çəkmir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol