• $
  • €
  • ₽
  • ₺
  • £

“Bütün erməni hərbi birləşmələri hələ də Azərbaycandan çıxarılmayıb”

“Bütün erməni hərbi birləşmələri hələ də Azərbaycandan çıxarılmayıb”
31.03.2021 12:58
"Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib”. 

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.  

O qeyd edib ki, sözügedən bəndin ikili izahı yoxdur: "Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir.
 
Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir? Açığı bu ikiüzlü "qanun yazarı” məni o qədər də narahat etmir”.

Minalı ərazilərlə bağlı məsələyə də diqqət yetirən F. Şəfiyev bildirib ki, bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapmasa da mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına mane törədir: "Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol