• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”

İlham Əliyev: “Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”
03.06.2014 09:51
“Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edən xarici şirkətlərin sayı artır. Çünki Azərbaycanın neft və qaz sektoru inkişaf edir, qarşıda duran vəzifələr həll edilir, yeni vəzifələr ortaya çıxır”. APA-nın məlumatına görə, bunu bu gün Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan son illər uğurları tərəfdaşları ilə birgə əldə edib. O bildirib ki, 1993-cü il Azərbaycanın müstəqil dövlətçiliyi tarixində dönüş ili kimi yadda qalacaq: “Çünki Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə edib”. Prezident İ. Əliyev qeyd edib ki, 1994-cü ildə ilk Beynəlxalq Neft və Qaz sərgisi keçirilib, daha sonra Əsrin Müqaviləsi imzalanıb: “Əsrin Müqaviləsi imzalanmasaydı, iqtisadi inkişafdan, əsl müstəqillikdən söhbət gedə bilməzdi. Azərbaycan yalnız xarici sərmayədən asılı olacaqdı. Əsrin Müqaviləsində iştirak edən şirkətlərə təşəkkür edirəm ki, bizə inandılar. Xüsusi ilə BP şirkətinə təşəkkür etmək istəyirəm, Azərbaycanda ən böyük sərmayədardır. 20 ildir ki, biz bir yerdəyik. Gələcəkdə də BP və ARDNŞ-in əməkdaşlığı bölgədə neft-qaz sektorunun inkişafını müəyyən edəcək”. Dövlət başçısı 1994-cü ildən neft-qaz sektorunda böyük uğurlara imza atıldığını vurğulayıb: “Müqavilə imzalanandan 3 il sonra ilk neft çıxarılıb. Bu, müqavilə imzalanandan sonra ən qısa müddətdə neft çıxarılması sahəsində rekorddur. Daha sonra Azərbaycan ardıcıl neft və qaz potensialını dünya bazarına təqdim edib. Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri ilə neft ötürülməsinə başlanıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib. Beləliklə, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi əməkdaşlıq formatı yaranıb. Dəhliz formalaşandan sonra Azərbaycan tranzit rolu oynamağa başlayıb. Azərbaycan Xəzər dənizinin şərqində yerləşən istehsalçılara da xidmət göstərir. Azərbaycan üzərindən nəql olunan neft və neft məhsullarının həcmi artır. Azərbaycan etibarlı tranzit ölkədir, etibarlı tərəfdaşdır və imzası verdiyi söz qədər dəyərlidir. Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq”.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol