• $
  • €
  • ₽
  • ₺
  • £

Ramin Məmmədov “YAŞAT” Fondunun gördüyü işlərdən danışdı

Ramin Məmmədov “YAŞAT” Fondunun gördüyü işlərdən danışdı
10.04.2021 19:00


"YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsidir”.
 
Modern.az xəbər verir ki, bunu mətbuata açqılamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara bütün zəruri yardımların göstərildiyini deyən deputat hesab edir ki, "YAŞAT” Fondunun ötən dövrdəki fəaliyyəti dövlətin həyata keçirdiyi tədbilərə əlavə dəstək verilməsini təmin edə bildiyini göstərir.
 
Ramin Məmmədov Azərbaycan Prezidentinin də dəfələrlə öz çıxışlarında şəhidlərə və vətənin müdafiəsində iştirak etmiş şəxslərə xüsusi diqqət və həsasslıqla yanaşılmasının vacibliyini vurğuladığını xatırladıb: "YAŞAT” Fondu həm də Azərbaycan cəmiyyətinin vətən müharibəsi iştirakçılarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşmüş, şəhidlik zirvəsinə ucalmış, sağlamlığını itirmiş bütün şəxslərə ictimai münasibətinin ifadəsidir. Çünki biz, xüsusilə Vətən Müharibəsindən sonra Azərbaycanda bu insanların taleyinə kifayət qədər yüksək ictimai həssaslıq müşahidə edirik. Təbii ki, "YAŞAT” Fondunun yaradılması məhz bu müşahidələrin dövlət tərəfindən adekvat qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilməlidir”.

Deputat bildirb ki, fond ötən müddətdə 2800-ə yaxın şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirib. Bu insanların əsas ehtiyacları müəyyənləşdirilib, müvafiq təhlillər və qiymətləndirilmələr aparılıb. "Hesab edirəm ki, bu faktlar fondun nə qədər fəal, eyni zamanda sistemli fəaliyyət göstərdiyini təsdiq edir. Xeyli sayda şəhid ailəsinə yardımlar edilib, vətən müharibəsində yaralanmış soydaşlarımızın müalicəsi təmin olunub, onların bir qisminin xarici ölkələrdə müalicəsinin davam etdirilməsinə imkan yaradılıb”.

Ramin Məmmədov vurğulayıb ki, "YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisi kimi də qiymətləndirilə bilər. Bu günə qədər fonda ödəmələrin davam etdirilməsi, eyni zamanda öz fəaliyyətini kifayət qədər şəffaf bir formada təşkil etməsi bu quruma olan ictimai etimadı da gücləndirir. "Azərbaycan xalqı müharibə iştirakçılarına, vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara kifayət qədər həssas münasibət göstərir. Təbii ki, dövlət tərəfindən atılan addımlar, həyata keçirilən siyasət bu münasibətin bir ictimai dəyər kimi qavranılmasını şərtləndirən əsas amillərdən biridir. Fikrimcə, qeyd etdiyim məqamlar həm də "YAŞAT” Fondunun üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur. Lakin, müşahidələrimiz əsasında deyə bilərik ki, fondun bugünkü fəaliyyəti, idarəçilik və vətəndaşlarla ünsiyyət metodu bundan sonra da gözləntiləri doğrulda biləcəyini söyləməyə əsas verir”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol