• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Ermənistan hakimiyyəti xalqına həqiqəti deməlidir"

İlham Əliyev: "Ermənistan hakimiyyəti xalqına həqiqəti deməlidir"
13.04.2021 11:54
"Münaqişədən sonrakı vəziyyətdən danışırıqsa, gələcək sülh prosesinin bəzi elementlərinə diqqət yetirməliyik".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

"Ancaq uzun müddət Azərbaycanı qəsdən iblisləşdirmək, azərbaycanlıları Ermənistanı və ya Qarabağı işğal etmiş düşmən kimi təqdim etmək siyasəti yürüdülüb. Bəlkə də cəmiyyətə vaxt lazımdır ki, bizim nəinki müharibə zamanı, həm də ondan sonra etdiklərimizi anlasınlar. Biz 1500-dən çox əsgərin meyitini Ermənistan tərəfinə qaytarmışıq və hələ də Rusiya sülhməramlıları ilə birlikdə onların axtarışlarında iştirak edirik. Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş, təxminən, 4 000 əsgərimiz var idi və onlardan heç biri geri qaytarılmadı. Bax, budur fərq”, - o deyib.

Dövlət başçısı həmçinin Azərbaycan tərəfinin humanitar məsələləri asanlaşdırmaq üçün öz dəmir yolları vasitəsilə Rusiya sülhməramlılarına nəqliyyat və logistika köməyini göstərdiyini vurğulayıb.

"Başqa misallar da gətirə bilərəm. Biz "Qazprom”a ərazimiz vasitəsilə Ermənistana qaz tədarük etməsinə icazə verdik, çünki Rusiya ərazisində təmir işləri aparılır. Biz "xeyr” deyə bilərdik, amma "bəli” dedik. Bu növbəti bir işarədir, jestdir. Biz həmçinin ermənilərin Qubadlı və Zəngilanda yolumuzun 21 kilometrindən istifadə etmələrinə icazə verdik, biz onu bağlamadıq. Bəs onlar işğal zamanı heç olmasa bir metr yoldan istifadə etməyimizə icazə verdilərmi?
Bu sadəcə bizim tərəfimizdən bir jest deyil, bu məqsədli şəkildə müharibə səhifəsini çevirmək siyasətidir. Bu mənada biz Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik, çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti nəinki Azərbaycan haqqında müsbət danışmaq, heç bitərəf danışmaq niyyətində deyillər. Çünki, bu, Azərbaycanofobiya konsepsiyası, on illərlə azərbaycanlılara qarşı nifrətin yetişdirilməsi onları hüquqlarından məhrum edirdi. Hesab edirəm ki, onlar erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar, çünki müharibə artıq tarixdə qaldı, münaqişə həll olunub və gələcəyə baxmalıyıq”, - Prezident deyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol