Ermənistan xarici işlər naziri Dağlıq Qarabağa səfər edib

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa səfər edib.APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onunla birgə səfərdə Ermənistan XİN-in mərkəzi aparatının rəhbər işçiləri və Ermənistanın xarici ölkələrdəki səfirləri olublar. Erməni diplomatlarının separatçıların lideri Bako Saakyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə edilib. Söhbət zamanı həmçinin separatçı rejimin Ermənistan Xarici İşlər Nazirliyi və Ermənistanın xaricdəki səfirlikləri ilə əlaqələri nəzərdən keçirilib. ANN.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























