Mixeil Saakaşvili Gürcüstana gedəcəyini elan edib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstana getməyi planlaşdırır.
O, bu barədə videomüraciətində bildirib.
M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: "Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”.
Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























