• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc məmurları sərt tənqid etdi ”Gözəl binalara malik olmaqla iş bitmir”

Zahid Oruc məmurları sərt tənqid etdi ”Gözəl binalara malik olmaqla iş bitmir”
23.04.2021 11:37
"5 il əvvəl bu tribunadan böyük dövlət adamı Heydər Əliyevin o vaxtkı Maliyyə nazirinə tapşırığını-xalqın suallarına məhz özünün cavab verməli olduğunu xatırlatmışdıq. 3 aprel tarixində Prezident Sarayının qarşısına ümid yeri kimi gələn itkin hərbçi  valideynlərinin qarşısına çıxan Baş prokuror Kamran Əliyevin  də davranışları ehtirama layiqdir. Biz Prokurorluğun keçmişi ilə müqayisələr aparmırıq, lakin Administrasiya-Baş Prokurorluq arasındakı yolu övladları savaşdan keçən ata-analarla birgə addımlamaq, 5 aydır nisgil və ağrı yaşayan valideynlərə səmimi canıyananlıq göstərmək, sərt  ittihamlara soyuqqanlıqla cavab vermək nümunəvi hərəkətdir. Yeni məmur obrazları, fərqli idarəçilik mədəniyyəti məhz belə formalaşır. Biz televiziya və radio kanallarında həmin dərdli adamlara tribuna verilmədiyinə dair tənqidləri qəbul etməli, canlı yayımlar keçirən alternativ kanalların baxış sayından və yazılan şərhlərdən nəticə çıxarmalıyıq”. Bu sözləri parlamentin bugünkü iclasında Komitə sədri Zahid Oruc bildirib. 

O deyib ki, başqa bir nümunə də var: "Azəriqaz” ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək minlərlə insanın qarşısında ən sərt  suallara cavab verir, video qəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına Hökumətimiz tam tərkibdə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər. Lakin bütün hakimiyyət institutlarının davranışları belədirmi? Təəssüf ki, yox! Baxın, 2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı lə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin? Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir”.

Millət vəkili bildirib ki, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur. Bizə kənardan  mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda hardadır ənənəvi partiya konfransları, hardadır aktivlərlə açıq-olsun virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial probelmlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də təbliğat və təqdimatlar  cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsil "səlib yürüşü” gedir. Ona görə də hamımız qəbul etməliyik-hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol