• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat şəhid ailələri ilə görüşdü-FOTO

Deputat şəhid ailələri ilə görüşdü-FOTO
24.04.2021 14:15
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev şəhid ailələri ilə görüşlər keçirib.

Anews.az xəbər verir ki, Millət vəkili Vətən müharibəsində 13 şəhid verən Ordubad rayonunun Düylün, Aza, Sabirkənd və Darkənd kəndlərində olub, şəhidlərimiz – kapitan Ülvi Hüseynov, baş-leytenant Namiq Xəlilov, leytenant Mətin Hüseynov, leytenant İntiqam Abdullayev və MAHHQ Saday Məmmədəliyevin ailələrinə baş çəkib. Şəhid ailələrinin psixoloji-mənəvi vəziyyəti ilə maraqlanan  Cəbi Quliyev görüşlərdəki çıxışları zamanı qeyd edib ki,  44 günlük Vətən Müharibəsində qorxmadan, çəkinmədən düşmənlə mübarizə aparan,  torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canından keçmiş şəhidlərimiz bizim qələbəmizin səbəbkarlarıdır. Onlar hamımızın övladı, hamımızın qardaşıdır və hər birimiz onlarla fəxr edir, şəhidlərimizi daim qürur hissi ilə yad edirik.

Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışan deputat Cəbi Quliyev bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət başçımızın xüsusi nəzarətindədir.

Deputat Cəbi Quliyevlə birlikdə Ordubad rayon İcra Başçısının birinci müavini Elvin Məmmədov da görüşlərdə iştirak edib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol