• $
  • €
  • ₽
  • ₺
  • £

Teymur Musayevlə bağlı maraqlı faktlar: 1-ci sinfə Afrikada gedib...

Teymur Musayevlə bağlı maraqlı faktlar: 1-ci sinfə Afrikada gedib...
25.04.2021 18:34
Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib, dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.

Teymur Musayevevin rəsmi tərcümeyi-halını təqdim edirik:

Dosyedə maraqlı məqam T.Musayevin ilk dəfə orta məktəbə uzaq Əlcəzair ölkəsində getməsidir. Bu da onun valideyninin keçmiş SSRİ-nin Afrika ölkəsindəki konsulluğunda çalışması ilə bağlı olub.


Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.


1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğu nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi medalla bitirib.


1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna daxil olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.


25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi” elmi dərəcəsini alıb.


2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1” Universitetində "laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.  


2013-2015-ci illərdə "Riga İnternational School of Business and Economics” və "Riga Stadins University” birgə magistratura təhsili alıb və


2015-ci ilin may ayında "Master fo Health Management (business executive)” magistr dərəcəsinə yiyələnib.


1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkimi-uroloq kimi fəaliyyət göstərib.


1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.


2001-2003-cü illərdə "Azərbaycan Respublikasının ilk reproduktiv sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.


2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.


2015-2016-cı illərdə "Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub.


2016-2019-cu illərdə "Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.


2019-2020-ci ilin aprel ayına kimi "Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.


2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri,


23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası Səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib./Modern.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol