• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Bayramov: “Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur”

Vüqar Bayramov: “Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur”
25.04.2021 23:30
"Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı təəssüf doğurmaqla yanaşı, İkinci Qarabağ Savaşından sonra regionda dayanıqlı sülh və geniş əməkdaşlıq üçün yaranmış imkanları məhdudlaşdırır”.
Bu sözləri millət vəkili Vüqar Bayramov öz "Facebook” hesabında yazıb.
O bildirib ki, qərbin regionda əsas iqtisadi və siyasi mütəffiqlərindən hesab olunan Türkiyə ilə Birləşmiş Ştatlar münasibətlərinin daha çətin mərhələyə qədəm qoyacağı gözlənilir. 

"ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26.8 milyard dollar olub. Bunun 14.2 milyard dolları Birləşmiş Ştatlardan, 12.6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791.8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub”.  
Millət vəkili həm də qeyd edib ki, göründüyü kimi, Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur. 
"ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır. Bununla yanaşı, Cozef Baydenin bəyanatı ABŞ Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşlarının azalmasına səbəb olacağı gözlənilir”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol