• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada erməni yalanları ifşa edilib

İtaliyada erməni yalanları ifşa edilib
26.04.2021 13:07
İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin erməni tərəfinin Azərbaycana qarşı apardığı təxribatçı kampaniyaya, guya ki Azərbaycanda erməni müharibə əsirlərinin saxlanıldığı və onlarla pis rəftar olunduğu, işğaldan azad olunmuş ərazilərimizdə erməni xristian irsinin məhv edildiyi, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı cəfəng iddialarına qarşı çoxsaylı müsahibə və yazıları dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.

İtaliyanın "ByoBlu” televiziya kanalının "ByoBlu24” xəbərlər verilişində Ermənistanın İtaliyadakı səfirinin Azərbaycana qarşı yalan iddialarına cavab olaraq səfir Məmməd Əhmədzadə həmin proqramda çıxış edib.

İtaliyanın nüfuzlu "La Verità” və "Avvenire” qəzetlərində erməni mənşəli italyan yazıçısı Antonia Arslanın təşəbbüsü ilə bir qrup erməni və italyan mənşəli şəxslərin Azərbaycana qarşı təxribatçı yazılarına münasibətdə Azərbaycan diplomatının həmin qəzetlərin redaksiyalarına ünvanlandığı məktublar dərc olunub.
"Aci Stampa” mətbuat orqanı tərəfindən münaqişə və hərbi əməliyyatlardan sonrakı vəziyyətlə bağlı erməni tərəfinin iddialarına əsaslanan məqaləyə münasibətdə Azərbaycan diplomatının həmin mətbuat orqanına göndərdiyi məktubu da işıq üzü görüb.

Ermənistanın İtaliyadakı səfirliyinin İtaliyanın "ANSA” xəbərlər agentliyində dərc olunmuş mətbuat açıqlamasına münasibətdə səfir Məmməd Əhmədzadənin həmin xəbərlər agentliyinin redaksiyasına göndərdiyi məktubu da dərc olunub. Bununla yanaşı, Azərbaycan diplomatının "ANSA” tərəfindən dərc olunmuş məktubu İtaliyanın "La Gazzetta del Mezzogiorno”, "Notizie Tiscali”, "Espansione Tv”, "MSN Notizie” və digər mətbuat orqanları tərəfindən də yayılıb.
Habelə Azərbaycan diplomatının İtaliyanın nüfuzlu "İl Foglio” qəzetində ermənipərəst jurnalistin ölkəmizə qarşı məqaləsinə münasibətdə həmin qəzetin redaksiyasına ünvanlandığı məktubu da işıq üzü görüb.

Müsahibə və yazılarında Azərbaycan diplomatı Ermənistanın Azərbaycana qarşı 30 il müddətində həyata keçirdiyi hərbi təcavüz, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti, istər birinci, istərsə də ikinci Qarabağ müharibələrində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətləri və soyqırımı, işğal vaxtı həmin ərazilərdəki yaşayış məntəqələrimizi, Azərbaycanın tarixi, mədəni, dini irsini darmadağın etdiyi barədə danışıb.
M.Əhmədzadə erməni tərəfinin hazırda Azərbaycana qarşı irəli sürdüyü erməni müharibə əsirləri və bölgədəki erməni xristian irsinin dağıdılması ilə bağlı yalan iddialarına, Bakıda Hərbi Qənimətlər Parkı ilə bağlı qarayaxma kampaniyasına tutarlı arqumentlərlə cavab verib. Diplomat, habelə ölkəmizin bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar barədə məlumat verib, erməni tərəfinin Azərbaycana qarşı revanşist və nifrət dolu fikirlər irəli sürməsi, üçtərəfli bəyanatın şərtlərini pozaraq Azərbaycan ərazisinə hərbçilər göndərməsi, minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina etməsi və bunun azərbaycanlı mülki əhali arasında çoxsaylı qurbanlara səbəb olması və bütün bunların da bölgədə sülhün təmin olunmasına ciddi təhdid olması barədə danışıb.

Azərbaycan diplomatının müvafiq müsahibə və yazıları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.byoblu.com/2021/04/09/tg-byoblu24-09-aprile-2021-edizione-19-00/?fbclid=IwAR0-3PFIKChBr1sMbIFeBrZSU-Nb2vXonJssdilbeXeSaX7IDGXjJy43IA0

https://www.youtube.com/watch?v=dMtBAzPHUwU

https://www.acistampa.com/story/diplomazia-pontificia-verso-lurbi-et-orbi-di-pasqua-16712

https://www.avvenire.it/opinioni/pagine/baku-conferma-i-detenuti-armeni-e-non-aderisce-a-gesti-umanitari

https://www.laverita.info/lazerbaigian-ha-restituito-tutti-i-prigionieri-di-guerra-allarmenia-2651253892.html

https://www.ansa.it/sito/notizie/mondo/europa/2021/04/16/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni_a63f4b9f-a96f-4f93-99b0-5db0a371bbff.html

https://www.lagazzettadelmezzogiorno.it/news/mondo/1294031/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni.html

https://notizie.tiscali.it/esteri/articoli/azerbaigian-rilasciati-tutti-prigionieri-guerra-armeni/

https://www.espansionetv.it/2021/04/16/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni/

https://www.lanuovasardegna.it/italia-mondo/2021/04/16/news/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni-1.40159641

https://www.msn.com/it-it/notizie/mondo/azerbaigian-rilasciati-tutti-prigionieri-di-guerra-armeni/ar-BB1fJ4Bf

https://www.ilfoglio.it/lettere/2021/04/23/news/la-prudenza-da-insegnare-al-weidmann-de-la-madunina--2280179/

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol