Zahid Oruc "Uydurma erməni soyqırım"ından DANIŞDI

"Amerika prezidentinin 24 aprel açıqlaması Ermənistanın faydasına deyil, gələcəkdə gerçək faciəsinə səbəb olan, məğlubiyyətində qonşu dövlətləri suçlandıran bir xalqın qəlbini ələ almağa və onları region dövlətlərindən qoparmağa, Türkiyəni Moskvadan ayırmağa və Suriyada, Liviyada təzyiq etməyə hesablanan riyakar plandır. Baydenin çağırışı Qafqazlarda sona çatmış savaşı yenidən oyadır, sülh prosesinə zərbə vurur. Azərbaycanı və Türkiyəni müharibənin qalibi görən Fransa parlamenti müstəqilliyi tanıma təhdidi, 3 gün öncə Ağ Ev isə siyasi şantajla məşğuldur. Baydenin "soyqırım” kəlməsi yalnız Türkiyəyə, türklərə deyil, Azərbaycana da böyük zərərdir.
Çünki soyqırımla demokratiya qurmağa çalışan dövlətlərin "məğlublara mükafat, qaliblərə cəza” siyasəti Avropanın digər dövlətləri tərəfindən də davam etdiriləcək.Ona görə də "Baydenin bəyanatında Türkiyə dövləti və xalqının adı yoxdur” deyənlərə sadə bir sualımız var-onda Osmanlını 100 il sonra mühakimə etmək Amerikanın nəyinə gərəkdir?Türk əskərinin Azərbaycanda varlığını tanımayan, Agdərədə gətirib öz ordusunu yerləşdirməyə çalışan, Minsk qrupunu dirçəltməyə cəhd edən, erməni xalqının müharibədə öz təslimçiliyini qəbul etdiyi halda ona "nəticələrlə barışma” deyən-Paris və Vaşinqtonun birgə ssenarisidir.10 noyabr razılaşmasında imzası olmayan bir dövlətin səfiri ötən həftə prezident İlham Əliyevin bəyanatının ardınca Zəngəzura gəlib.Sual olunur, nədir o yollar açılsa, Ermənistan Azərbaycanın bütövlüyünü tanısa, Qərbin regionda planları pozular?”
Bu sözləri parlamentin iclasında Komitə sədri Zahid Oruc bildirib.
O, deyib ki, erməni Baş naziri 24 aprel müraciətində görün nə deyir: sitat: ""biz min illər keçsə də, soyqırımı unutmayacagıq”. Bəli, heyrətlənmək gərək deyil, çünki 1915-də öz intelektuallarını, mənəvi və mədəni elitasını itirdiklərini deyən ermənilər həqiqətən "baş”sız qalıblar. Baxın, son 55 ildə 30 dövlətin tanıdığı "soyqırım”(sız) dövrdə ermənilər milyonlarla sayda azalıblar.İmperiyaların maraqlarına xidmət etməklə ermənilərin sayı artmayıb. Paşinyan deyir ki, güclü müttəfiqlərimiz bizi qoruyacaq! Bundan böyük cinayət ideologiyası ola bilməz. Kiminsə kölgəsində yaşamaqla ermənilər Ermənistanda 2050-də 1 milyona düşəcəklər. Halbuki son 100 ildə ilk dəfə yeni bir tarixi fürsət yaranmışdı.Nə Vudro Vilson, nə də indi Bayden yox, Türkiyə və Azərbaycan müəyyən şərtlər altında ermənilərin sağlığının qarantiyasını verə bilər”.
Millət vəkili deyib ki, qisaslarını İrəvanda bayraq yandırmaqla çıxanlar bilsin ki, o bayraqlar yüzlərlə odlu-alovlu savaşladan keçib və heç bir atəş onu yox etməz və külünü tökdükləri İrəvanda bir gün yenidən dalğalanar:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























