• $
  • €
  • ₽
  • ₺
  • £

“Böyük qayıdış” bu gün başlayır" - Prezident

“Böyük qayıdış” bu gün başlayır" - Prezident
27.04.2021 14:54
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.

Anews.az həmin dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Salam aleyküm.

Türkiyə şirkətinin əməkdaşı: Əleyküm salam, cənab Prezident.

Kənd təsərrüfatı naziri İnam Kərimov: Onay bəy buyurun.

Prezident İlham Əliyev: Buyurun, söyləyin nədir bu qurğu?

Türkiyə şirkətinin əməkdaşı: "Bir millət, iki dövlət” can Azərbaycana Türkiyədən salamlar, cənab Prezident.

Türkiyə şirkətinin əməkdaşı: Həqiqi sahibinə yenidən qovuşmuş bu torpaqlar uğrunda canını qurban vermiş bütün şəhidlərin xatirəsini uca tutduğunuz üçün Sizə təşəkkürlərimi bildirirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Türkiyə şirkətinin əməkdaşı: Cənab Prezident, yaradılacaq bu "Ağıllı kənd”də apardığımız çoxistiqamətli təhlillər nəticəsində müəyyənləşdirdik ki, bu, dünyanın təbii dostu olan bərpaedilən enerji qurğusu "Arximed” sistemidir. Bununla yanaşı, karbon dioksid emissiyası sertifikatına malik olan "Arximed” qurğusu "Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bununla bərabər, sistemdən çıxan isti suyu kənddəki evlərə və otelə ötürəcəyik. Bu qurğu çox sürətlidir, yüksək məhsuldarlıqla işləyir. Heç bir səs-küy yaratmır, suyu oksigenləşdirir ki, bu da balıqlar və yaşıllıqlar üçün çox faydalıdır. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən artıq, yəni 24 saat işlədiyi üçün daha çox enerjini daha az güclə əldə etməyə imkan verir. Bu layihə, sadəcə, enerji istehsal etmək məqsədi daşımır, eyni zamanda, turizm infrastrukturu üçün şərait yaradır. Cənab Prezident, əlbəttə, Sizin dəstəyinizlə, bütün ehtiyaclarını öz daxili imkanları hesabına ödəyə bilən bir "Ağıllı kənd” layihəsi yaratmağı planlaşdırırıq. Minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən çox şadam ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Bildiyiniz kimi, artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Şadam ki, biz burada da - yaşıl enerji sahəsində də Türkiyə şirkətinin fəaliyyətini görürük. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki "Böyük qayıdış” bu gün başlayır. Əmin olduğumu bildirmək istəyirəm ki, siz gələcək layihələrdə də iştirak edəcəksiniz.

Türkiyə şirkətinin əməkdaşı: İnşallah, cənab Prezident.

Prezident İlham Əliyev: Bir daha sizə uğurlar arzulayıram.

Türkiyə şirkətinin əməkdaşı: Təşəkkür edirəm, cənab Prezident.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol