Qənimətlər Parkına ziyarət Lavrovun səfər proqramına salınmalıdır - Protokol

Protokol qaydası dedikdə, Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bundan sonra - akkreditə olunmasını) tənzimləyir.
Ölkəmizdə protokol qaydaları 18 aprel 1961-ci il tarixli Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq qarşılıqlılıq prinsipinin nəzərə alinması şərti ilə həyata keçirilir.
Protokol təkcə beynəlxalq konvensiyaların tələblərini, münasibətlərin ruhunu tənzimləmək üçün nəzərdə tutulmayıb, o, qaydaların, ənənlərin və şərtlərin də toplusudur.
Məsələn, hər hansı bir yüksəkvəzifəli rəsmi şəxs Moskvaya gedəndə naməlum əsgər abidəsini, Türkiyəyə səfər edən Atatürkün mavzoleyini ziyarət edir ki, bu da rəsmi protokol qaydasıdır.
İşğalçı Ermənistanda isə rəsmi protokola görə səfər edən əcnəbi dövlət başçıları mütləq qondarma erməni soyqırımı abidəsini ziyarət etməlidir. Saxta tarixi rəsmiləşdirmək və başqa dövlətin rəsmi şəxslərini bu tetara alət etmək İrəvanın rəsmi siyasətidir. Təəssüf ki, bu gün İrəvana səfərə gələn (gedən yox) Lavrov da bu gün eyni prosedura riayət edib.
Azərbaycan Respublikası müstəqillik dövrü ərzində verdiyi qurbanlar və cəlb edildiyi müharibələr nəticəsində verdiyi itkilər sayəsində bütövlükdə bu kimi fəaliyyətlər müharibənin izlərini daşımalı olub.
Ən böyüyü isə Bakıdakı azadlıq qurbanlarının uyuduğu məzarıstan.
Qalib ölkə kimi artıq öz ifadəsini və suverenitetini, dövlət gücünü bütün dünyaya da qəbul etdirmək zamanıdır.
İlk olaraq isə bu prosedur qayda Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir.
STM Mətbuat Xidmətinin rəhbəri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























