• $
  • €
  • ₽
  • ₺
  • £

Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur?

Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur?
07.05.2021 23:52
"Bunun çoxlu səbəblər ola bilər. Məncə, ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır".

Anews.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyinatının gecikmə səbəbi barədə Moderator.az-ın sualını cavablandırarkən deyib.


Millət vəkili qeyd edib ki, ikinci səbəb Prezidentin həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını müşahidə etmək istəyi ola bilər:


"O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.


Orduda islahatlara gəlincə isə, Q.Həsənquliyev bildirib ki, ilk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir:


"Müdafiə naziri mülki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir”.


Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol