Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçün 30 modul tipli şəhərcik salınıb

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbiçiləri üçün 30 blok-modul tipli şəhərciyin inşası başa çatıb, bu barədə mayın 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Son 3 şəhərcik Şuşa, Karıkaxa və Cerabetdə salınıb.
Hər bir blok-modul tipli şəhərcikdə idman zalı, hamam, tibb məntəqəsi, mətbəx var. Şəhərciklər elektrik, isitmə, sanitar qovşaqlar, su ilə təchiz edilib.
Şəhərciklərin inşasında 600 mütəxəssis və 65 texnika vahidi iştirak edib, deyə məlumatda bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























