• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada “Şuşaya azadlıq!” kampaniyasına start verilib

Rusiyada “Şuşaya azadlıq!” kampaniyasına start verilib
30.05.2014 14:32
Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi “Şuşaya azadlıq!” kampaniyasına başlaması barədə bəyanat verib.
ANN.Az-a verilən məlumata görə, bəyanatda deyilir: "Yeni Nəfəs Hərəkatının Rusiya nümayəndəliyi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin təşəbbüsü ilə başlanan “Şuşaya azadlıq!” kampaniyasına Rusiya Federasiyasında hər çür dəstək veriləcəyini və “Şuşaya Azadlıq!” kompaniyasına Rusiya Federasiyasında start verildiyini bəyan edir.
“Şuşaya azadlıq!” kampaniyası çərcivəsində Rusiya Federasiyasında Qarabağ problemi, Şuşa şəhərinin tarixi və işğalı haqqında rus dilində video çarxlar və kitabçalar hazırlanaraq Rusiya ictimaiyyətinə yayılacaq. Bundan başqa, Şuşanın işğalının ildönümü yüksək səviyyədə qeyd olunacaq, tanınmış şuşalılar haqqında məlumat veriləcək, Şuşanın Azərbaycan tarixində rolu, bugünkü vəziyyəti haqqında elmi və praktiki konfranslar təşkil olunacaq, tanınmış Rusiya ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilərək Azərbaycan və Rusiya mətbuatında, sosial şəbəkələrdə işıqlandırılacaq. Başqa xalqların nümayəndələri ilə birlikdə aksiyalar təşkil olunacaq. 
Hərəkat, Rusiyada “Şuşaya Azadlıq!” kampaniyasının həyata keçirilməsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı, "İnterAz" teleradio şirkəti və bu ölkədə fəaliyyət göstərən bütün ictimai birliklərin mənəvi dəstəyinə arxalanır".
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol