Qarabağdakı Rusiya sülhməramlılarının komandanı əvəzlənir

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Anews.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.
Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.
Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























