• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə qalmaqal

Milli Məclisdə qalmaqal
30.05.2014 13:18
Bahar Muradova: "Nazirinə “səhiyyə naziri bizi yarıtmadı” demək..."Nazir Milli Məclisdə tənqid edildi. ANS PRESS-in məlumatına görə, parlamentin vitse spikeri Bahar Muradova deputat Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyevi tənqid etməsinə və onun haqqında dediyi “Nazir bizi yarıtmadı” sözlərinə cavab verib.Vitse-spiker deyib ki, səhiyyə istiqamətində aparılan islahatlar o qədərdir ki, bu danışmaqla qurtaran deyil. “Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirlik səviyyəsində deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə “səhiyyə naziri bizi yarıtmadı” deyib, loru yanaşılsın. Fazil müəllim ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır.”Bahar Muradova ölkə başçısının əfv sərəncamı ilə bağlı bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, qeyd edib ki, ölkədə inamsızlıq mühitinin olduğunu söyləyənlər guya bir qism adamların azad olunmamasının xalqın əhval ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyirlər.“Bilirsiniz ki, biz Azərbaycanda yaşayırıq. Nə baş verir, biz hamısını görürük və proseslərin içindəyik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz və xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır. Hesab edirəm ki, bu yalnış fikirdir. Əksinə xalq bu insanların fəaliyyətinin Azərbaycandakı mövcud inama, ölkə başçısının siyasətinə dəstəyə, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər vururduğunu düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə edərdik. Mətbuat orqanlarına və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərənlərə bir vətəndaş kimi xahişim ondan ibarətdir ki, bizim üçün müsbət olan məqamları elə müsbət kimi göstərək. Amma bunun yanında mahiyyətcə çox çılız olan neqativləri qoymayaq, neqativləri də müzakirə edək ancaq bunlardan müsbətləri gözdən salmaq üçün istifadə etməyək”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol