• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın Azadlığımızı qoruyaq! – Kərim Kərimli yazır

Laçın Azadlığımızı qoruyaq! – Kərim Kərimli yazır
18.05.2021 12:55
Kərim Kərimli
 
Bu gün Laçın rayonunun işğalı günüdür. 29-cu ildönümü tamam olur. 44 günlük Vətən müharibəsi bizim qələbəmizlə başa çatandan sonra tez-tez bir-birimizə deyirdik ki, daha kədərli yazılar yazmağa son qoyacağıq. Bundan sonra yalnız fərəhlə danışacaq, xoşbəxt nəğmələr qoşacağıq. Ancaq aydın məsələdir ki, bu qələbədən dərhal sonra isti-isti deyilən həyəcanlı sözlərdən başqa bir şey deyildi. Çünki zaman keçdikcə, emosiyalar soyuduqca insan hər şeyə yenidən və daha soyuqqanlı yanaşmağa başlayır və daha dəqiq qiymətləndirmə apara bilir. Bu məsələ də istisna deyil.
 

Bəli, biz torpaqlarımızı, o cmlədən Laçın rayonunu işğaldan azad etmişik, ancaq keçmişdə baş verənləri heç vaxt unuda bilmərik. Laçının 18 may 1992-ci ildə işğal edilməsi Azərbaycan tarixində elə bir dəhşətli və faciəvi hadisə idi ki, bunu adi sözlərlə ifadə etmək ötən 29 ildə hələ heç kimə müyəssər olmayıb. Ona görə də bu hadisə heç vaxt unudulmamalı, əksinə, zaman keçdikcə, – özü də artıq Laçının işğal altında olmadığı bir zamanda xüsusilə, – daha diqqətlə araşdırılmalı, öyrənilməli və qiymətləndirilməlidir.

Bu il – 2021-in 18 mayı 29 ildə Laçının işğal günü işğal altında olmadığı şəraitdıə ilk dəfə qeyd olunur. Biz yenə də, – Laçının azad olmasına baxmayaraq, – bu günü xüsusi tədbirlə (pandemiya dövrünün məcburi qayda və rejimi çərçivəsində) qeyd etməli, I Qarabağ müharibəsində, – o cümlədən Laçın uğrunda, – canından keçmiş şəhidləri, həmçinin bütün şəhidlərimizi bir daha xatırlamalı, yazılarla, söhbətlərlə, film və digər müxtəlif vasitələrlə yaxın keçmişimizə aid olsa da mahiyyət etibarilə unudulmağa başlanan hadisələri yeni nəsillərə çatdırmalıyıq.

Bu gün hadisələrə olduqca diqqətlə, ayıq başla yanaşmalıyıq. Emosiyalar, hay-küyçülük, eyforiyaya qapılmaq yalnız və yalnız ziyan verə bilər. Əgər 44 günlük Vətən müharibəsində parlaq və ildırımsürətli qələbəmizin bütün səbəbləri ilə yanaşı əsas və məncə də ən əsas səbəb kimi Ali Baş Komandandan sıravi əsgərə, dövlət başçısından adi bir insanadək xalqımızın birliyini götürürüksə, bunu qəbul ediriksə, bu günkü proseslərdə də mütləq şəkildə bu birliyi qoruyub saxlamalı və daha da möhkəmləndirməliyik. Birlik həm də bütün azad edilmiş ərazilərimiz kimi işğalının 29-cu ildönümünü bu gün qeyd etdiyimiz Laçına qayıdışın da mütləq rəhnidir.

Bu gün vəziyyət ötənilkindən və təbii ki, ötən onilliklərdəkindən xeyli fərqlidir. Dünən (ötən il və illər) "Laçın!” deyib ağlayan, dogma yurdu haraylayan biz bu gün artıq Qaragölün sahilinə desant çıxartmışıq və Ermənistandan qanuni sərhədlərimzi özümüzə təhvil verərək növbəti kapitulyasiya aktına qol çəkməyi tələb edirik. Biz bu vəziyyəti saxlamağı bacarmalı və bu platformadan daha da da irəliyə addımlaya, bu tramplindən daha da önə atıla bilməliyik. Lakin, yenə də xüsusi qeyd etmək lazımdır ki, yalnız Qanun, beynəlxalq sənədlərin və qanunların verdiyi imkanlar əsasında! Ağıllı başla və soyuq qanla! Həyəcansız, eyforiyasız, qaragüruhun hay-küyünə yol vermədən, hərbi cəhətdən məğlubedilməz və qarşısıalınmaz bir qüvvəyə çevrilməklə və təbii ki, ölkəmizin daxilində xalqımızın monolit birliyini qoruyub saxlamaqla!

Burada iki məsələni qeyd etməklə fikirlərimizi yekunlaşdıra bilərik.

Birinci məsələ Rusiya amili məsələsidir. Aydındır ki, bu gün əldə edilmiş böyük nəticələrə yalnız Rusiyanın əks təsiri güc göstərə bilər. Lakin, biz buna da hazır olmaqla əks təsirin özünə də əks təsir göstərməyi bacarmalıyıq. Bu geniş mövzu və məqsədimiz də Laçının işğalının 29-cu ilini qeyd etmək olduğuna görə başqa bir yazıya saxlayıb, keçək ikinci məsələyə.

İkinci məsələ yuxarıda əhəmiyyətini bir neçə dəfə qeyd etdiyimiz xalqımızın birliyi amilidir ki, bunun da daimi olmasının ən vacib şərtinin daxili ədalət olduğunu unutmamalıyıq. Ədalət təqəzisi heç vaxt paslanmamlıdır! Hazırkı dövrdə (həmişə belə olsa da indi xüsusilə vacibdir) əldə etdiyimiz böyük zəfərin qorunmasını və gələcəkdə qarşımızda dayanan olduqca nəhəng məqsədlərin həyata keçirilməsini təmin etməyin ən başlıca şərti ölkəmizdə ədalətin pozulmamasıdır. Böyük zəfərimizin daimi zəfər olması və digər cəbhələrdə də zəfər qazanmağımızın əsası, bünövrəsi ədalətin zəfəridir.
Bu gün laçınlılar da, bütün azərbaycan xalqı da Laçının işğalının növbəti il dönümünü 29 ildə ilk dəfə böyük kədərlə deyil, böyük sevinclə qarşılayır.
Böyük sevincin səbəbi azadlığımızdır!

Azadlığımızı qoruyaq!
 
(azadshusha.com)





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol