• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı politoloqun "Xarıbülbül" festivalı ilə bağlı məqaləsi 9 ölkədə yayımlandı

Azərbaycanlı politoloqun "Xarıbülbül" festivalı ilə bağlı məqaləsi 9 ölkədə yayımlandı
18.05.2021 16:32
Azərbaycanlı politoloq Ceyhun Osmanlının mayın 12-də Şuşada keçirilən  "Xarıbülbül" festivalı ilə bağlı məqaləsi 9 ölkənin mediasında yayımlanıb. 
 
 "Xarı bülbül” musiqi festivalı Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə  mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı elan edilən və Qafqazın Konservatoriyası kimi tanınan Şuşada keçirilib. 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev,  Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar iştirak ediblər. Mərasimdə Prezident İlham Əliyev Azərbaycan xalqını bir daha "Xarı bülbül” festivalı və ümumiyyətlə 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə təbrik edib. 

Daha sonra festival Azərbaycan milli musiqisinin məşhur ustalarının, eləcə də Azərbaycanda yaşayan millətlərin və etnik qrupların folklor qruplarının çıxışları ilə davam edib. 

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı Azərbaycanın yaradıcı ziyalı nümayəndələri, yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada xidmət edən  hərbi qulluqçular da iştirak edib.

"Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı ispandilli mətbuata çıxış edən politoloq Ceyhun Osmanlı "Xarı bülbül” musiqi festivalının təşkil edilməsini Azərbaycan adına böyük tarixi gün və hadisə kimi qiymətləndirib.

"Xarı bülbül” Beynəlxalq festivalının yaranma tarixinə nəzər salan Ceyhun Osmanlı bu festivalın məşhur Azərbaycan xanəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başladığını və hər ilin mayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi bir çox ölkələrin və keçmiş Sovet İttifaqına üzv olan respublikaların iştirakı ilə keçirildiyini və sadəcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunduğunu qeyd edib. 

Lakin mənfur qonşu Ermənistanın Azərbaycana qarşı qaldırdığı qanunsuz torpaq iddialarının nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra iki Cənubi Qafqaz ölkəsi arasında müharibəyə çevrilməsi nəticəsində Azərbaycanın digər tarixi torpaqları ilə yanaşı Şuşa  da erməni təcavüzünün qurbanı olub. Belə ki, 1992-ci il mayın 8-də Şuşanın erməni işğalçıları tərəfindən işğal edilməsi nəticəsində "Xarı bülbül” festivalının da keçirilməsi  mümkün olmayıb. 

Erməni işğalına diqqət çəkən Ceyhun Osmanlı sonuncu "Xarı bülbül” festivalının 1992-ci ilin mayında Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğal edilməmişdən bir neçə gün öncə keçirildiyini bildirıb.  

Lakin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın işğal altında olan digər torpaqları ilə yanaşı Şuşanın Azərbaycanın rəşadətli ordusu tərəfindən erməni işğalından azad edilməsi nəticəsində ‘əsir olan’ Xarı bülbül öz azadlığına və vətəninə qovuşmuş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildikdən sonra Vaqif Poeziya günləri və "Xarı bülbül” festivalı da bərpa olunub. 

Ceyhun Osmanlı onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Onun sözlərinə görə ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycan Respublikasının millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu və hər bir vətəndaşın bu torpaq uğrunda yaşayıb yaratdığı ideyasını çatdırıb. 

"Azərbaycanın tarixi şəhəri olan Şuşadakı mədəni irs nümunələri işğaldan azad olunmuş digər ərazilərdəki bir çox tarixi-mədəni irs nümunələri ilə yanaşı dünya mədəni irsinin zərif və əvəzolunmaz nümunələrindəndir. 30 illik işğal müddətində erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vursalar da Şuşa şəhərindən Azərbaycan millətinin və mədəniyyətinin ruhunu silə bilməmişlər” - deyə Ceyhun Osmanlı öz müsahibəsində bildirib.

Ceyhun Osmanlı onu da qeyd edib ki, "dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festivalların adları ilə bağlıdır. Məhz bu istiqamətdə yalnız Şuşada yetişən "Xarı bülbül” gülünün adı ilə bağlı musiqi festivalı bir çox mədəniyyət adamlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi”.

Müsahibənin sonunda politoloq  Prezident İlham Əliyevin festivalda dediyi sözlərini bir daha ispandilli cəmiyyətə çatdırıb.  "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”!


P.S. Ceyhun Osmanlı 4-cü çağırış Milli Məclisin deputatıdır. Azərbaycanda İRƏLİ, ASAİF kimi bir çox aparıcı gənclər təşkilatlarının həmtəsisçisidir. Avropa Şurası, Avronest Parlament Assambleyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun müxtəlif strukturlarında təmsil olunub.Yaşıllar Hərəkatını təsis etməklə Yaşıl enerji, Yaşıl iqtisadiyyat kimi layihələrin təşviqi ilə məşğuldur. Təhlilçi, beynəlxalq münasibətlər üzrə ekspertdir. Ardıcıl olaraq dünya mediasında məqalələri dərc edilir.


"Xarıbülbül" festivalı ilə bağlı dərc edilən məqalələrin linkləri:

İspaniya

https://columnacero.com/internacional/60764/jeyhun-osmanli-xaribulbul-ha-vuelto-a-la-libertad

https://es.horrapress.eu/archivos/2134

Meksika

https://expresionmexico.com/2021/05/14/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

http://www.mipuntodevista.com.mx/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

http://www.clubjuridico.com/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

ABŞ

https://cmatibaut.medium.com/jeyhun-osmanli-xaribülbül-ha-vuelto-a-la-libertad-f5791022a1de

https://cmatibaut.medium.com


Paraqvay

http://innova.news/jeyhun-osmanli-xaribulbul-recupero-libertad/

Braziliya

https://espacocaspio.com.br/2021/05/16/jeyhun-osmanli-xaribulbul-recuperou-sua-liberdade/

Kolumbiya

https://valorescristianos.co/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad-con-condiciones-de-amistad-hermandad-y-solidaridad/

Kosta Rika

https://informativojbs.com/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

Qvatemala

https://panoramanoticias.com/2021/05/17/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

Argentina


https://www.vocesele.com/jeyhun-osmanli-xaribulbul-recupero-su-libertad/

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol