• $
  • €
  • ₽
  • ₺
  • £

STM “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğu nəticələri açıqlayıb

STM  “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğu nəticələri açıqlayıb
19.05.2021 11:01
Sosial Tədqiqatlar Mərkəzi "İnam indeksi” jurnalının 5-ci sayında, sorğu sənədində yer alan bəzi nəticələri ictimailəşdirib.

Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib. Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti
respondentlər tərəfindən "çox yaxşı” qiymətləndirilib.

Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövr üçün respondentlərin əsas gözləntiləri ölkəmizin siyasi-iqtisadi gücünün artacağı (60,6%) və regionda mövqeyinin güclənəcəyi (51,6%), Ermənistan üzərində təsirinin daha da artacağı (46,9%) olub. Bundan başqa, respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını, 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.

Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74%), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8%), sosial problemlərinin həll edilməsinin (69,4%), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7%), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61%), əlillik dərəcələrinin düzgün təyin edilməs (63,3%) və vaxtında müəyyən olunmasının (67,6%), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8%), onlarla aidiyyatı orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51%), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7%) daha obyektiv nəzərə alınması qeyd olunub.

Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7%), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61%), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8%), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6%), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9%), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4%), Vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3%), bütün dünya azərbaycanlılarının Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6%), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3%), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3%) və informasiya müharibəsinə töhfə verməsinin (36,3%) göstəricisidir.

Prezidentin Qələbə tonqalını Şuşada Cıdır düzündə qalamasını 73.9% respondent qələbə, 72%-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65.2%-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64.7%-i vətənpərvərlik, 62.2%-i torpaq və bayraq sevgisi, 58.9%-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58.9%-i milli birlik, 58.4%-i ərazi bütövlüyü, 57.4%-i həmrəylik, 54.3%-i tarixi irsin xilası, 49.6%-i Qarabağda bərpa və quruculuq strategiya və planları kimi dəyərləndirib və bununla Prezidentin dünyaya mesajlar verdiyini bildiriblər.

Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin
84,6%-i tam, 12,2%-i qismən razıdır.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən respondentlərin 73,9%-i düşünür ki, Prezidentin Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir. Sorğuda iştirak edənlərin 68,9%-i Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür. Respondentlərin 67,8%-nin fikrincə, Prezidentin Şuşada Natəvanın abidəsinin açılışında iştirak etməsi, Vaqifin büstünü və məqbərəsini ziyarət etməsi Qarabağa xüsusi diqqətinin təzahürüdür. 67,2% respondent bu qənaətdədir ki, bu, Azərbaycanın tarixi-mədəni irsinə hörmətin, sevginin və qayğının, 61% isə Azərbaycanın öz tarixi və əzəli ərazilərinə sahibliyinin göstəricisidir.

Tədqiqat sənədi barədə geniş məlumat müəyyən zaman ərzində ictimailəşdiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol