İlham Əliyev: “Erməni işğalçıları azərbaycanlıların geri qayıtmağa yeri qalmasın deyə hər şeyi məhv ediblər”

"Son yarım il ərzində dəfələrlə azad edilmiş ərazilərdə olmuşam və maşınla yüzlərlə kilometr, 400-450 km gedərkən yalnız dağıdılmış kənd və şəhərləri görürsən”.
Anews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
Prezident qeyd edib ki, ermənilər bu ərazilərdəki evləri və məktəbləri söküblər, tikinti materiallarını oğurlayıblar, Azərbaycan mədəniyyətini və irsini bu ərazilərdən silməyə çalışıblar:
"Erməni işğalçılarının başqa bir məqsədi də azərbaycanlıların geri qayıtmaq üçün yeri olmasın deyə hər şeyi məhv etmək idi və indi həqiqətən geri qayıtmaq üçün yer yoxdur”.
Dövlət başçısı xatırladıb ki, oktyabrda Füzuli azad edilərkən Azərbaycan bayrağını qaldırmağa yer olmayıb, çünki şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























