Rusiya Qarabağa YUNESKO missiyasının tezliklə göndərilməsini istəyir

"Qarabağda mədəni irsin qorunması mövzusu rəsmi Bakı və Yerevanla təmaslarımızda mütəmadi olaraq müzakirə olunur. Xüsusilə bu mövzuya Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana mayın birinci yarısında baş tutmuş işgüzar səfəri zamanı toxunulub”.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O bildirib ki, Rusiya tərəfi bölgəyə YUNESKO missiyasının mümkün qədər tez göndərilməsinin tərəfdarıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























