Qırğız hüquqşünas: "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

"Erməni işğalçılarının və təcavüzkarlarının Azərbaycanın azad edilmiş ərazilərində cinayətkar fəaliyyətinə dair dəlillər göz qabağındadır, bütün sübutlar mövcuddur”.
Bu barədə "Report”a Qırğız Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Kayrat Osmonaliyev bildirib.
"Bu münaqişənin həllində iştirak edən bütün siyasi aktorlara da aydındır ki, Ermənistan və Qarabağdakı separatçılar beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüquq çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar. Azərbaycanın mədəni irsinin təhqir olunması insanı xüsusilə hiddətləndirir. Belə cinayətlər cəzasız qalmamalıdır”, – o deyib.
Bir qədər öncə, Azərbaycan vandalizm aktları ilə əlaqədar 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























