• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi

Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
30.05.2014 09:19

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana qeyri-adi ultimatum verib.

ANS PRESS-in məlumatına görə, qazax lideri bu gün Astana şəhərində Avrasiya İttifaqının imzalanma mərasimində deyib ki, Azərbaycan prezidenti İlham Əliyevdən bir məktub alıb. Məktubda deyilir ki, Ermənistan bu İttifaqa Qarabağsız qoşulmalıdır, çünki Ermənistanın BMT tərəfindən qəbul edilən sərhədləri var və o sərhədlərdə Dağlıq Qarabağ adlı ərazi yoxdur.Nazarbayev bunu deyəndən sonra vurğulayıb ki, bu məktub Ermənistanı bu problemin çözülməsi yolunda yenə də düşündürməlidir. Ermənistan prezidenti isə çıxışında ona iyunun 15-nə kimi vaxt verilməsini xahiş edib. Bu isə o deməkdir ki, rəsmi İrəvan ya Dağlıq Qarabağdan vaz keçərək Avrasiya İttifaqına qoşulacaq, ya da Rusiyaya arxa çevirəcək. Ermənistanın isə çox böyük ehtimalla 1-ci variantı seçəcəyi gözlənilir, çünki 2-ci variantda o, güclü orduya və güclü iqtisadiyyata malik olan Azərbaycanla üz-üzə qalacaq.Alınan məlumata görə, 1-ci variant Rusiyanın da xeyrinə ola bilər, çünki bu halda, rəsmi Moskva Qarabağın Azərbaycana geri qaytarılmasının əvəzində öz sülhməramlı qüvvələrini bölgəyə yerləşdirə bilər. Bu variantın isə Baki tərəfindən qəbul ediləcəyi inandırıcı görsənmir, çünki belə olsaydı, Bakı Qəbələdəki RLS-dən tam imtina etməzdi. Son dövrlər ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Uorlikin verdiyi bəyanatlar və Dağlıq Qarabağın çözülməsi üçün mümkün 6 maddənin ictimaiyyətə açıqlanması, sonra isə Nazarbayevin Astana şəhərində Sarkisyanı yenidən dalana dirəməsi təsadüfi hesab edilə bilməz.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol