• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü çox geriyə atıb"

"Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü çox geriyə atıb"
29.05.2020 09:41
 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll olunmasında daha fəal olmalıdır. Qarabağ münaqişəsi çox kəskindir və bunun həllini sonraya saxlamaq olmaz". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsinin sədr müavini Dmitri Savelyev bu gün "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində keçirilən "Yeni Azərbaycan: uğurlar, çağırışlar, perpektivlər" adlı dəyirmi masada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır: "Bu münaqişə Ermənistanın özünü çox geriyə atıb. Ermənistan hakimiyyəti ya bunu görmür, ya da görmək istəmir. Bu konfliktə görə Ermənistanda həyatın bütün sahələri böyük ziyan görür. Hər kəsə məlumdur ki, Azərbaycan hansı templə inkişaf edir. Ermənistan da Azərbaycanın bu inkişafından bəhrələnə bilər. Lakin Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanı inkişafdan kənarda qoyub.  Azərbaycanla münaqişənin tənzimlənməsi Ermənistanda iqtisadiyyatın dirçəlməsinə, sosial sahənin inkişafına ciddi təkan verə bilər", deyə Dmitri Savelyev bildirib.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol