Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanının üstü açıldı - RƏSMİ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəi mövqelərinin Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədəməlumatı təkzib edib və erməni hərbçisinin yol qəzası nticəsində öldüyünü bildirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb", - deyə bəyanatda bildirilir.
Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, sərəncamında olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























