Azərbaycan hərbçiləri daha əlverişli mövqelərdə möhkəmləniblər - VİDEO

Dünən sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən növbəti davanın videosu yayılmışdı. Videogörüntülərdən göründüyü kimi, təxribat məqsədi ilə bir qrup erməni əsgəri Azərbaycan postuna tərəf irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə cəhd göstərib. Eyni zamanda, Azərbaycan hərbçisini mühasirəyə alaraq ona qarşı güc tətbiq etməyə çalışıblar.
Hərbi mənbələrdən Anews.az-a məlum olduğu kimi, bu hadisə bir neçə gün əvvəl Laçın bölgəsində, Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib.
Hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələri adekvat və qəti tədbirlər görüb, nəticədə düşmən bu ərazidən çıxarılıb.
Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha əlverişli mövqedə möhkəmləniblər və ərazini nəzarətə götürüblər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib