• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan tərəf atəşkəsi pozmaqla Rusiyaya hörmətsizlik edib - deputatdan AÇIQLAMA

Ermənistan tərəf atəşkəsi pozmaqla Rusiyaya  hörmətsizlik edib - deputatdan AÇIQLAMA
26.05.2021 18:43
Ermənistan atəşkəs barədə birgə bəyanatı pozmaqla Rusiyaya  hörmətsizlik edib. Bunu Anews.az-a millət vəkili Elşad Mirbəşiroğlu  Ermənistanın atəşkəsi pozmasına münasibət bildirərkən deyib.
 
"Birgə bəyanatı Rusiya, Azərbaycan və Ermənistan imzalayıb. Deməli, Ermənistan bəyanatı pozmaqla Rusiyaya  hörmətsizlik edib. Azərbaycan isə təmkinli davranmaqla və bəyanatı pozmamaqla özünün  müsbət imicini  daha da gücləndirir. Həmçinin, bu davranışları ilə  regionda  sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Belə nəticəyə gəlmək olar ki, birgə bəyanat Azərbaycanın maraqlarına uyğundur və şərtlərini pozmamağı düzgün addımdır”, - deyə millət vəkili bildirib.  
 
 Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları 2020-ci il noyabrın 10-da 44 gün davam edən hərbi əməliyyatlardan sonra birgə bəyanat imzalayıb. Həmin sənəddə tərəflər problemləri sülh yolu ilə həll etmək və atəşkəsi qorumaq barədə razılığağa gəliblər. Amma mayin 26-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın  son iki gündə Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqelərini  Geqarkunik vilayəti ərazisindən atıcı silahlardan atəşə tutulması barədə xəbər yayıb. 

Millət vəkili Elşad Mirbəşiroğlu həmçinin bildirib ki, Ermənistan tərəfi həmçinin saxta informasiya yaymaqla ikiqat təxribata yol verir. 
 
" Ermənistan müdafiə nazirliyi məlumat yaydı ki,  guya Azərbaycan tərəfin açdığı  atəş nəticəsində Ermənistan ordusunda xidmət edən,  müqaviləli əsgər ölümcül vurulub. Diqqət etsəniz görərsiniz ki, Ermənistan tərəfi həm təxribat törədir, həm də Azərbaycan tərəfindən atılan addım kimi göstərməyə çalışır. Lakin Azərbaycan tərəfinin təmkinli mövqeyli nəticəsində bu istəklərinə çata bilmirlər. Azərbaycan müdafiə nazirliyi məlumat vermişdi ki, Ermənistan ordusuna aid 7 hərbi maşın şəxsi heyətlə birlikdə Azərbaycan dövlət sərhədlərinə yaxınlaşıb. Azərbaycan tərəfi  onların bu hərəkətinin qarşısını alıb, amma atəş açmayıb. Biz atəş açmamaqla informasiya  və digər təxribatların qarşısını aldıq Ermənistan tərəfi bu cür təxribatlarla  özünün korlanmış imicini daha da korlayır, Azərbaycan isə təmkinlik göstərək müsbət imic nümayiş etdirir”. 


O, Ermənistan tərəfinin təxribatlarından Rusiyanın məlumatlı olduğunu düşünür. 
 
"Birgə bəyanatın şərtlərinə əməl olunmasının tərəfdarı olan Rusiya Ermənistanın təxribatları davam etdirdiyini görəndə  onlara sərt tədbirlər görəcək. Ümumi olaraq isə obyektiv və düzgün informasiyaların yayılmasına xüsusi diqqət yetirmək lazımdı". 
 
Politoloq Elxan Şahinoğlu Ermənistanın atəşkəsin pozulmağından çox sərhəddə  süni gərginlik yaratmaq istədiklərini düşünür.
 
"Rusiyalı hərbiçilər çoxdandır ki, müəyyən təxribatlarla məşğuldurlar. Biz iki istiqamətdə çalışmalıyıq. Həm Dağlıq Qarabağda seperatçıları tərkisilah edib Laçın dəhlizini nəzarətə götürməliyik, həm də Ermənistanla sərhədləri müəyyənləşdirməli və o istiqamətdə bizə tərəf yönələn təxribatların qarşısını almalıyıq.  Qarabağda Rusiyalı hərbçilər var və  seperatçılara görə,  onlar məsuliyyət daşıyır. Amma sərhəddə Rusiyalı hərbiçilər yoxdur. Biz bu məsələni ikitərəfli formada Ermənistanla həll etməliyik".  



 
Qexarkunik-Kəlbəcər sərhədi Azərbaycanın şərqində yerləşir və Dağlıq Qarabağa bitişikdir. Kəlbəcər rayonu Qarabağın digər 6 bölgəsi ilə bərabər uzun müddət erməni işğalında olub və ötən ilin noyabrında azad edilibdir. 

Ləman Qasımova
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol