Bu gecə yaxalanan erməni hərbçilərin - Fotoları

Mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.
Anews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, saxlanılan diversantlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır. Diversantların Ermənistan ordusunda müqavilə əsasında xidmət etdiyi bildirilir.
Sərhəddə təxribata cəhd edən erməni hərbçilərin saxlanıldıqları anın fotoları yayılıb.
Görüntüləri təqdim edirik:


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























