• $
  • €
  • ₽
  • ₺
  • £

Uzun müddət bağlı qalmış müəsisələr fəaliyyətini bərpa etsin - DEPUTAT

Uzun müddət bağlı qalmış müəsisələr fəaliyyətini bərpa etsin - DEPUTAT
27.05.2021 13:02
2020-ci il dünya üçün, o cümlədən ölkəmiz üçün də çətin  maliyyə ili olub.  2019-cu ilin sonunda biz dövlət büdcəsini müzakirə edib təsdiq edəndə 2020-ci ildə baş vermiş hadisələri planlaşdıra biməzdik. Təbii ki,  bu hadisələr gündəmi dəyişdi və dövlət büdcəsi qarşısında yeni çağırışları meydana gətirdi.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. 
 
COVİD-19 infeksiyasına  qarşı mübarizə tədbirləri və pandemiyanın  təsirlərinin minimuma endirilməsi üçün icra olunan dövlət dəstəyi proqramları, həm də 44 günlük Vətən müharibəsinin uğurla  aparılması dövlət büdcəsi qarşısında əlavə maliyyə yükü yaratdı. Maliyyə ili çərçivəsində dövlət büdcəsinə yenidən baxılması və müvafiq maddələrdə dəyişikliklər edilərək büdcə xərclərinin optimallaşdırılması və təyinatlarında dəyişikliklərin edilməsi ilin sonunda büdcənin icrasında çətinlik yaratmayıb. Əsası odur ki, ilin əvvəlində nəzərdə tutulmuş proqarmalrın icrası davam etdirilmiş və maliyyə ili uğurla başa çatdırılıb. Bu, ölkəmizdə aparılan effektiv büdcə siyasətinin göstəricisi hesab edirəm.  Düzdür, müəyyən qurumları tərəfindən büdcə vəsaitlərindən  qeyri-təyinatı üzrə və ya səmərsiz istifadə halları mövcud olmuşdur. Belə halları  müvafiq dövlət orqanları tərəfindən aparılan yoxlamaları sayəsində müəyyən edilərək kənarlaşmış vəsaitləri dövlət büdcəsinə bərpa etdirirlir. Ümumilikdə götürüləndə 2020-ci ilin dövlət büdcəsinin icrasını uğurlu hesab edirəm və dəstəkləyirəm.
   
 
   Bu məsələ 90-cı illərdə regionlarda özəlləşdirilmiş dövlət müəsisələrin fəaliyyəstiz qalmaları ilə bağlıdır. Məsələn, təmsil olunduğum Qusar rayonda özəlləşməyə getməmişdən əvvəl 2 böyük konserv zavodu olmaqla kənd təsərrüfatı məhsullarını emal edilən 5 müəssisə fəaliyyət göstərirdi. Rayon əhalisinin bir hissəsi bu müsəsisələrdə işləyirdi. Amma  20 ildən artıqdır ki, özəlləşmədən sonra bütün infrastrukturu olan bu müəsisələrin qapıları bağlıdır . Belə halların  digər rayonlarda da olduğunu düşünürəm.

     Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun 2-ci maddəsinin 2.1. bəndində qeyd olunur ki,  Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

    Özəlləşdirilmə haqqında qanunundan da göründüyü kimi özəlləşdirilən müəssisələr fəaliyyətini dayandırmalı deyil, əksinə investisyalar cəlb etməklə müasir texnologiyalar tətbiq edilərək standartlara uyğun istehsalını təşkil etməlidir. Amma təəssüf ki,  bu baş verməyib və qeyd etdiyim  özəlləşdirilən müəssiələrin uzun illər qapalı qalması nəticəsində, belə müəssiələr istehsal olunan kənd təsəsrrüfatı məhsulların tədarükündə, emalında və işsizliyin aradan qaldırılmasında iştirak etmir.

    İqtisadiyyat nazirliyinə təklif edirəm ki, , müəsisələri özəlləşdirərək uzun illər qapalı saxlanmış şəxslərə fəaliyyətlərini bərpa edilməsi üçün konkret müddət müəyyənləşdirsin. Əgər iş fəaliyyətini bərpa edə bilməzlərsə müəssisə  geri alınaraq potensial imkanı olan sahibkara satılmalıdır . Çünki , dövlət müəsisəni özəlləşdirən hər bir şəxs bu müəsisənin gələcək fəaliyyətinin təşkili ilə bağlı müvafiq qanuna uyğun  öhdəlik götürmüşdür. Əgər dayanmış belə müəsisələr iş fəaliyyətini bərpa edərlərsə, bu, iqtisadiyyatımızın güclənməsində, işsizliyin azalmasında əhəmiyyətli rol  oynayar.

    Düşünürəm ki, qeyd etdiyim məsələnin hüquqi müstəvidə həll edilməsi üçün müvafiq qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac varsa etməliyik. Məqsəd o olmalıdır ki, özəlləşdirilərək uzun illər  bağlı qalmış yenidən fəaliyyətlərini bərpa etsinlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol