Türkiyə şirkətləri Azərbaycanın üç filiz yatağını istismar edəcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycanın normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı "Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları "Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























