Paşinyan azərbaycanlıların Ermənistana gəlişində heç bir problem görmür

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, habelə regional yolların və kommunikasiyaların açılmasından qorxmamağa çağırıb.
O, bildirib ki, bu yollar Ermənistan iqtisadiyyatı üçün Gürcüstan və İranla olan magistrallar qədər önəmlidir.
"Bu yollarla əcnəbilərin, məsələn azərbaycanlıların hərəkət etməsi problemdirmi? Siz bilirsiniz, İranın şimalında və Gürcüstanla sərhəddə azərbaycanlılar yaşayır. Ermənistana çoxsayda azərbaycanlılar səfər edir. Bu gün də vəziyyət belədir, hərçənd bu barədə açıq şəkildə danışılmır. Ötən 30 ildə də və elə həmişə də belə olub”, -deyə Paşinyan Ararat vilayətinin Aparan şəhərində sakinlərlə görüş zamanı qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























