Həlak olmuş jurnalist Məhərrəm İbrahimovla vida mərasimi keçirilir

Xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.
www.anews.az
"Azərtac” informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun cənazəsi dünən Gəncədən Bakının Binəqədi rayonunda yerləşən evlərinə gətirilib.
Vida mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar - Kəmaləddin Qafarov, Qənirə Paşayeva, rayonun digər dövlət qurumlarının rəhbər şəxsləri, jurnalistlər və ictimai şəxslər iştirak edir.
Xatırladaq ki, 4 iyun saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























