Jurnalistlərin minaya düşdüyü yolun sonradan minalanması ehtimal edilir

İki Azərbaycan jurnalistinin minaya düşərək həlak olduğu yolun sonradan ermənilər tərəfindən minalanması ehtimalı edilir, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
"Baş verən hadisədə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Fikirimcə, media nümayəndələrini müşayiət edən aidiyyatı qurumlar bu maşını minalanmış və ya təmizlənməmiş ərazi ilə idarə ediblər".
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) və yerli icma nümayəndəsi Arif Əliyev Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























