• $
  • €
  • ₽
  • ₺
  • £

11 təşkilatdan Niyaz Niftiyevlə bağlı Baş prokurora müraciət

11 təşkilatdan Niyaz Niftiyevlə bağlı Baş prokurora müraciət
07.06.2021 15:05
Tanınmış jurnalist Niyaz Niftiyevin azadlığa buraxılması üçün Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları Baş prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ünvanlayıblar.


Anews.az xəbər verir ki, müraciətdə Niyaz Niftiyevin xidmətlərini, cəmiyyətdəki reputasiyasını, artıq 14 aydır, istintaq təcridxanasında saxlanılmasını, bundan əlavə himayəsində ağır xəstə olan anasının olduğunu, övladlarından birinin hərbidə xidmət etməsini nəzərə alaraq, onun haqqında çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunur.


Müraciəti Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyi), Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Arif Əliyev ("Yeni Nəsil” Jurnalistlər Birliyi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqası), Seymur Verdizadə (Jurnalist Araşdırmaları Mərkəzi), Xanoğlan Əhmədov (Media və Mülki Cəmiyyət İctimai Birliyi), Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzi), Qabil Abbasoğlu (Media İnkişaf Mərkəzi İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi), Əvəz Rüstəmov ("Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi) imzalayıb.


Qeyd edək ki, daha öncə bir qrup ziyalı, jurnalist tərəfindən Niyaz Niftiyevlə bağlı ölkə başçısına müraciət olunub.


Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.


Xatırladaq ki, Niyaz Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.


İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.


Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.


Niyaz Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol