Prezidentin bu sözləri Arif Hacılı və Əli Kərimlini narahat edir - DEPUTAT

Cənab İlham Əliyevin "nəyi, necə və nə vaxt edəcəyimi özüm bilərəm" ifadəsi təkcə erməniləri deyil, hakimiyyət röyası ilə yaşayan Arif Hacılı və Əli Kərimlini də narahat edir.
Anews.az xəbər verir ki, bunu deputat Azər Badamov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.
"Özlərini müxalif adlandıran bu şəxslər eyni çağırışları torpaqlarımızın işğal altında olduğu dövürdə də edirdi. Hətta müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun qələbəsini də öz adllarına yazmaqlarına çalışırlar. İndi isə yeni mövzu ortaya çıxıb. Arif Hacılı öz facebook statusunda 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurduna buraxılmadığını qeyd edir. Arif Hacılıya demək istəyirəm ki, sizdən fərqli olaraq dövlətimiz üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Bütün qaçqınlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Özü də yaşayış üçün çox yüksək səviyyəli həyat-şəraiti quraraq qaytıralacaqdır. Dövlət başçımızın tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrin yenidən qurulması və bərpası üçün hazırladıqları baş planları köçkün və qaçqınlarımıza sevinc gətirməsi görünür sizin ürəyinizcə deyil. Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərimizə qaçqınlarımız da qayıdacaq, ölkəmizin Ermənistanla sərhəddimiz də möhkəmlənəcək və Nəyi necə, nə vaxt etmək lazımdırsa prezident İlham Əliyev çox yaxşı bilir" - deyə deputat əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib