• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistana, ermənilərə havadarlıq edənlərin hamısı günahkardır" - Deputat

"Ermənistana, ermənilərə havadarlıq edənlərin hamısı günahkardır" - Deputat
08.06.2021 12:11
"4 iyun tarixində yenə qanlı erməni cinayətkarlığının şahidi olduq. Kəlbəcər rayonunun Susuzluq kəndində öz peşə fəaliyyətlərini yerinə yetirərkən iki media təmsilçimiz - AzTV-nin operatoru Sirac Abışov, əslən elə Kəlbəcərdən olan AZƏRTAC-ın müxbiri Məhərrəmov İbrahimov və Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev mina partlaması nəticəsində həyatlarını itirdilər, şəhid oldular".


Anews.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu acı xəbər nəinki həmin ailələri, bütövlükdə hər birimizi, xalqımızı dərin kədərə bürüdü.


"Ötən həftə yenə dünyanın gözləri qarşısında qanlı erməni terrorizmi, vandalizmi baş verdi.
Ancaq buna görə, tək ermənilər və Ermənistan günahkar deyil, buna görə, həm də Ermənistana, ermənilərə havadarlıq edənlər - şimalından tutmuş cənubunacan, şərqindən tutmuş qərbinəcən hər kəs günahkardır. Onların üzərində də bu tökülən qanların izi, ləkəsi var.
Çünki Vətən Müharibəsinin başa çatmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ermənilər və Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir,  bundan boyun qaçırırlar", - deputat qeyd edib.


Deputat əlavə edib ki, onlara dəstək olanlar da, elə Qərbdəkilər də, elə ATƏT-dəkilər də, elə həmsədrlik institutunda əyləşənlər də onlara "gözün üstə qaşın var" demir, erməniləri və Ermənistanı öz öhdəliklərinə sadiq qalmağa və bu öhdəlikləri yerinə yetirməyə məcbur və vadar etmirlər:


"Yenə də oyun oynayırlar, yenə də "bulanıq suda balıq sevdası”ndadırlar. Onlar ədalət, həqiqət, sülh, təhlükəsizlik tərəfdarı olsaydılar, çoxdan erməniləri və Ermənistanı buna məcbur, vadar edərdilər. Elə ona görə 4 iyundakı faciə, qanlı olay da daxil olmaqla, baş verən bütün hadisələrdə hər biri ermənilər və Ermənistan qədər məsuliyyətli və günahkardır.
Bəli, ermənilər və Ermənistan Susuzluq qanlı olayı ilə bağlı bir daha öz çirkin, murdar iç üzünü açmış, ifşa etmiş oldu. Bir daha göstərmiş, nümayiş etdirmiş oldular ki, canidirlər, cinayətkardırlar və canları yenə "Dəmir Yumruq” istəyir.


Bəli, "Dəmir Yumruq” yenə yerində, yenə də öz əzəmətindədir və hər an işə düşə və ermənilərin, Ermənistanın, onların qanlı dəstəkçilərinin başına endirilə bilər. Əgər bunu istəmirlərsə, o zaman minalanmış ərazilərin xəritələrini təcili Azərbaycana təhvil verməli, müharibədən sonra müharibə cinayətinə son verilməlidir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol