• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Rəsulzadə hara Arıf Hacılı hara?"

Deputat: "Rəsulzadə hara Arıf Hacılı hara?"
08.06.2021 13:33
" Xatırlayırsınızsa, 3 il bundan öncə Prezident İlham Əliev "əgər Cümhuriyyət qurucuları bugünkü Azərbaycanı görsəydilər, fəxr edərdilər” demişdi. Doğrudan da elədir? Fəxr edərdilər, Vətən savaşındakı qələbəmizdən sonra isə daha çox fəxr edərdilər.  


Amma, o quruculardan biri - Məmmədəmin Rəsulzadə yaratdığı Müsavat Partiyasının adını mənimsəyib özlərinə dərnək quranların hələ səviyyələrini demirəm, indi o ad altında hansı oyunlardan çıxdıqlarını bilsəydi,əminəm ki, dəhşətə gələrdi".

Anews.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, doğrudan da dəhşətdir, amalı yolunda ömrünü mühacirətdə başa vuran Rəsulzadə hara , onun yaratdığı partiyanın möhrüylə bəlli bir məbləğ qarşılığında saxta müxalifətçi arayışları verərək  qərbə "mühacir ixracı”nda adı hallandırılan Arif Hacılı hara?


"İndi də bu Arif Hacılı düşmənlə sinxron çalışır, iyunun dördündə 2 jurnalist və daha bir mülki şəxsin həlak olmasıyla nəticələnən terror aktına görə Ermənistan rəhbərliyini deyil, onun törədildiyi həmən Kəlbəcər rayonu qarışıq Azərbaycanın minlərlə kilometr ərazisini işğaldan azad etməyi bacarmış müzəffər Ali Baş Komandanımızı suçlandırır"- deputat qeyd edib. 
Bunun səbəbini  izah edən deputat bikdirib ki, artıq rəsmi şəkildə açıqlanaraq 3 soydaşımızın ölümüylə nəticələn  mina  ora savaş sonrası basdırılıb: "Xatırladaq ki, düşmənin iki diversiya qrupu  mayın 27-də Kəlbəcərin başqa bir kəndinə- Yuxarı Ayrıma da eyni məqsdlə soxulmuş, onlardan 6 nəfəri yaxalanmış,  digərləri isə qaçıb getmişdi.


Minks qrupuna həmsədrlik edənlər, ilk növbədə də Fransa heç olmasa bu olaydan sonra Ermənistanı belə hərəkətlərə son qoymağa, sərhəddə gərginlik yaratmamağa çağırmalı, eyni zamanda minalanmış ərazilərin xəritəsini  vermək üçün ona təzyiq göstərməliydilər. Onlar isə Yuxarı Ayrımda  ələ keçirilənlər də daxil olmaqla bütün diversantları hərbi əsir adlandıraraq buraxılmaları məsələsini qaldırırlar. 


Bununla da Ermənistandakı revanşizm tərəfdarlarını növbəti terrorçuluq əməllərinə həvəsləndirərək regionda yeni toqquşmalara yol açmaqla məkrli geosiyasi niyyətlərini reallaşdırmağa çalışırlar.


Kəlbəcərdəki terror aktında Azərbaycan dövlətini günahlandıran Arif Hacılı bax həmən çevrələrə  yarınır, niyə yarınır,  yəqin hər kəsə aydındır. 


Görünür, Xalq Cəbhəsi və Müsavat Partiyasının siyasi olimpin onlarlıq olmadığını dərk edən başbilənləri arasında indi dibə enmək uğrunda yarış gedir. Son vaxtadək  heç kəs  Əli Kərimliylə Cəmil Həsənli qədər aşağı düşməmişdı.  Amma onların ayaqlarının altından artıq taqqıltı gəlir. Taqqıldadan Arif Hacılıdır. 


Arif Hacılı göstərir  ki, siyasətdə sən demə dib heç də birqatlı deyilmiş, çoxqatlıymış, dibin dibləri varmış. 


Bir sözlə, dibdəkilər enməkdə, sözün hər anlamında alçalmaqda davam edirlər. Nə deyə bilərik, yazıqlar olsun!".



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol