Deputat pensiya yaşına yenidən baxılmasını TƏKLİF ETDİ

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında əlilliklə bağlı məsələyə münasibət bildirib.
Anews.az xəbər verir ki, deputat pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib:
"Biz pensiya yaşı ilə bağlı məsələyə yenidən baxmalıyıq. Məsələn, şəxs 65 yaşında fəhlə işləyə bilməz, amma təzə-təzə müəllim işləyə bilər. Onda da deyirlər ki, hələ təzə müdafiə ediblər, ad alıblar və s. Ona görə də yaş həddləri müxtəlif tutulmalıdır. Necə ki hüquq-mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”.
Deputat əlilliyi olan şəxslərin statusunun ləğv edilməsinə də toxunub:
" Həmin şəxslər alternativ olaraq iş yerləri ilə təmin edilməli, özünəməşğulluq proqramına cəlb edilməlidirlər. Adam bu gün təqaüd alır, sabah deyirlər ki, almırsan. Kiminsə evinə gələn pulu kəsməyə başlamışıq pandemiya dövründə. Onların böyük hissəsi sosial pensiya ilə təmin olunmalıdır. O baxımdan bunlar nəzərə alinsa, yaxşı olar.
Ola bilsin ki, şəxslər avtomobil qəzası zamanı əlil olub. Bu zaman onların da sosial əlilliyə ehtiyacı var. Ancaq onların Qarabağ əlili kimi özlərini təqdim etməsi doğru deyil".
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib